ABŞ-də inflyasiyaya baxmayaraq, “Qara cümə” günü onlayn alış-verişə xərclənən vəsait 11 faiz artaraq 13,1 milyard dollara yüksəlib.

Metbuat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Artıma populyar oyuncaqlara, süni intellekt dəstəkli cihazlara və gündəlik tələbat mallarına yüksək tələbat, eləcə də pərakəndə satış şəbəkələrinin tətbiq etdiyi endirimlər səbəb olub.

Ən çox satılan məhsullar arasında elektronika və oyun sənayesi malları yer alıb. Alıcılar həmçinin təmizlik vasitələri, şəxsi gigiyena və ev heyvanlarına qulluq məhsullarını ehtiyat üçün alıblar.

“PassBy”ın məlumatına görə, ABŞ-də fiziki mağazalara gələnlərin sayı isə ötən illə müqayisədə 2,2 faiz azalaraq təxminən 930 milyon nəfər olub.