Libertadores Kubokunun qalibi müəyyənləşib. Həlledici qarşılaşmada Argentinanın “Estudiantes” və Braziliyanın “Palmeyras” komandaları üz-üzə gəlib. Görüşdə bir qol qeydə alınıb. Braziliya təmsilçisi rəqibini minimal hesabla məğlub edərək turnirin qalibi olub.

Metbuat.az xəbər verir ki, bu matç Fernando Musleranın “Estudiantes”in heyətində son oyunu olub. 40 yaşlı uruqvaylı qapıçı qarşılaşmadan sonra peşəkar futbolçu karyerasını başa vurub.

Muslera komandasının finala yüksəlməsində mühüm rol oynayıb. O, yarımfinalda “Flamenqo” ilə matçın penaltilər seriyasında üç zərbəni dəf edərək “Estudiantes”ə qələbə qazandırıb.

Təcrübəli qolkiper 2011-2025-ci illərdə “Qalatasaray”da çıxış edib və İstanbul klubu ilə 8 dəfə Türkiyə çempionu olub.