Polşanın Belarusla sərhəddə yaratdığı bufer zonanın tətbiq müddəti daha üç ay uzadılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər və Administrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bufer zonanın qüvvədə olma müddəti 30 noyabr 2026-cı ildən 27 fevral 2027-ci ilədək uzadılıb.

Qərar sərhəd təhlükəsizliyinin təmin edilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması və hüquq-mühafizə orqanlarının işinin asanlaşdırılması məqsədi daşıyır. Eyni zamanda, sərhəddə beynəlxalq müdafiə üçün müraciət hüququnun məhdudlaşdırılması müddəti də uzadılıb.

Nazirliyin məlumatına görə, sərhəd istehkamlarının inşasına indiyədək 730 milyon dollardan çox vəsait yatırılıb.