Milli Aviasiya Akademiyasının IV kurs tələbəsi vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının rəsmi “Instagram” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, Nəsrəddin Şahəliyev akademiyanın Fizika-texnologiya fakültəsinin Mexatronika və robototexnika mühəndisliyi ixtisası üzrə 2573i qrupunun tələbəsi olub.

Qeyd edək ki, Nəsrəddin Şahəliyevin ölüm səbəbi barədə məlumat açıqlanmayıb.

Allah rəhmət eləsin!