"Stil ikonası" kimi tanınan Viktoriya Bekhem bu dəfə zövqsüzlüyü ilə gülüş obyektinə çevrilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, model çimərlikdə qırmızı hündürdaban ayaqqabı ilə görüntülənib. Uşaqları ilə gəzintiyə çıxan Bekhem onlarla gün keçirməyə çalışıb.

Viktoriya 7 yaşlı Harper və 13 yaşlı Kruzu çimərliyə aparıb. Özü isə Sidney çimərliyində hündürdaban ayaqqabısı ilə dolaşıb.

Fotolarının çəkildiyini görən Viktoriya onlara əhəmiyyət verməyib.

Milli.Az