Mələkxanım Əyyubova tələbəsiylə barışdı

Xalq artisti Mələkxanım Əyyubova tələbəsi, əməkdar artist Nigar Şabanovayla barışıb.

Metbuat.az-ın məlumatına görə, ARB TV-də Elgiz Əkbərin aparıcılığıyla yayımlanan "Səhər-səhər" verilişində doğum gününü qeyd edən Əyubbova onu təbrik etmək üçün gələn Şabanovayla barışıb:

"Nigar özü deyirdi ki, uşaq vaxtı mənə balaca Mələkxanım deyirdilər. İndi o, böyüyüb və Nigar Şabanova kimi tanınır. Şəxsən mən Zeynəb Xanlarovaya baxıb sənətə gəlmişəm. Düzdür, o, mənə dərs keçməyib. Ancaq Zeynəb xanımdan görüb götürdüklərim bir məktəbdir. O, hər birimizin müəllimidir. Nigar da qanad açmış göyərçinlərdən, tələbələrdən biridir. Xarici səfərlərimdə Nigar yanımda olub. Heydər Əliyev adına Sarayda səhnəyə çıxartdığım yeganə tələbəm Nigardır".

Gənc xanəndə də öz növbəsində müəllimi barədə xoş sözlər deyib:

"Can sağlığı uzun ömür arzu edirəm. Heç vaxt səhnəmizdən əskik olmasın. Bu günə kimi qazandığı hörmətlə həyatını, ömrünü sürsün".

Qeyd edək ki, bir müddət öncə M.Əyyubova ilə N.Şabanova arasında gərginlik yaranmışdı.

Sabaha olan hava proqnozu açıqlanıb - RƏSMİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR