"Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu Erik Kantona oğurluq edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Malayziyada baş verib.
İnsanlarla istənilən vaxt və yerdə zarafatlaşmağı xoşlayan Kantona bu dəfə hədəf kimi Kuala-Lumpur hava limanının ziyarətçisini seçib. Həmin şəxs reysini gözləyərkən yatmaq qərarına gəlib və bu üzdən ayaqqabılarını çıxarıb.
Yaranmış vəziyyətdən sui-istifadə edən Kantona onun ayaqqabısını oğurlayıb və bu əməlinin videosunu internetə yerləşdirib.
Kantonanın ayaqqabını sahibinə qaytarıb-qaytarmadığı məlum deyil.
Milli.Az