İlk dəfə sərnişin təyyarəsindən yanğın söndürmək üçün istifadə olunub.

Milli.Az BBC-yə istinadla xəbər verir ki, modifikasiya edilmiş Boeing 737 sərnişin təyyarəsi ilk dəfə güclü yanğını söndürmək üçün istifadə edilib.

Əvvəllər sərnişin daşıyan təyyarəyə su bombardman qurğusu və çən yerləşdirilib.

Təyyarə 15 min litr su daşıya bilir. Onun içərisində 63 nəfərin oturması üçün şərait də var.

Cənubi Uelsdə modifikasiya edilən təyyarə Avstraliyada, Sidney şəhərində sınaqdan keçirilib.

Təyyarə vasitəsi ilə 1500 hektardan çox ərazini əhatə edən yanğın söndürülüb.

Bəxtiyar Umarlı
Milli.Az