“Hau Maç” (HowMuch) nəşri dünyanın ən bahalı və hündür göydələnlərinin siyahısını açıqlayıb.
Publika.az siyahını təqdim edir.
16. “Bank of China”
Maliyyə: 1 milyard dollar
Ölkə: Çin
Çində bir dövlət bankıdır. Ən qədim banklardan biridirş. Binanın inşaı 1990-cı ildə tamamlanıb.

15. “The Petronas Twin Towers”
Maliyyə: 1 milyard dollar
Ölkə: Malayziya
Bu bina 1999-cu ildə Kuala Lumpur şəhərində tikilib başa çatıb. 1998-2004-cü illərdə dünyanın en yüksək binası ünvanına sahib idi.

14. “Antilia Skyscraper”
Maliyyə: 1 milyard dollar
Ölkə: Hindistan
Bu göydələn 2006-cı ildə Mumbayda tikilib. Bina 27 mərtəbəli və 568 metr hündürlüyündədir.

13. “The Kingdom Center”
Maliyyə: 1 milyar dollar
Ölkə: Səudiyyə Ərəbistanı
Bina 2002-ci ildə Ər-Riyadda tikilib. Hazırda ölkənin ən yüksək binası ünvanına sahibdir.

12. “European Central Bank”
Maliyyə: 1,25 milyard dollar
Ölkə: Almaniya
Avropa Mərkəzi Bankının binası 2013-cü ildə inşa edilib. Bank avrodan istifadə edən bütün ölkələrin valyuta siyasətini aparır.

11. “The Burj Khalifa”
Maliyyə: 1,5 milyard dollar
Ölkə: Birləşmiş Ərəb Əmirlikləri
Bu bina 2009-cü ildə Dubayda inşa edilib. Hazırda dünyanın ən hündür göydələni ünvanına sahibdir.

10. “London Glass Shard”
Maliyyə: 1,5 milyard dollar
Ölkə: İngiltərə
2012-ci ildə Londonda tikilən bina 95 mərtəbədən ibarətdir. Bina əvvəllər London Körpüsü Qalası kimi tanınırdı.

9. “Taipei 101”
Maliyyə: 1,8 milyard dollar
Ölkə: Tayvan
2004 yılında Taypeyidə inşa edilən bina əvvəllər Taypeyi Dünya Maliyyə Mərkəzi kimi tanınırdı.

8. “Palazzo Casino”
Maliyyə: 2,05 milyard dollar
Ölkə: ABŞ
Bu kazino, Las Veqasda bir İtalyan intibah memarlığını təmsil edən ən hündür binadır.

7. “The Princess Tower”
Maliyyə: 2,17 milyard dollar
Ölkə: Birləşmiş Ərəb Əmirlikləri
Dubayda tikilən bu qülləninn inşası 2012-ci ildə tamamlanıb. Dünyanın ən hündür 24-cü binasıdır.

6. “The Venetian Hotel”
Maliyyə: 2,4 milyard dollar
Ölkə: Çin
Hotel və qumarxana kimi fəaliyyət göstərir.

5. “The World Trade Center”
Maliyyə: 3,8 milyard dollar
Ölkə: ABŞ
Amerikanın ən böyük ticari daşınmaz əmlak mərkəzi olan bina Nyu Yorkdakı köhnə Dünya Ticarət Mərkəzinin yerləşdiyi yerdədir.

4. “The Cosmopolitan”
Maliyyə: 3,9 milyard dollar
Ölkə: ABŞ
Hotel 2010-cu ildə Las Veqas Nevadada tikilib və iki qülləyə sahibdir.

3. “The Wynn Resorts”
Maliyyə: 4,1 milyard dollar
Ölkə: ABŞ
Bu bina 2005-ci ildə tikilib. Dünyanın ən bahalı hotel və qumarxanasıdır.

2. “Marina Bay Sand”
Maliyyə: 5,7 milyard dollar
Ölkə: Sinqapur
Bu bina 2010-cu ildə Sinqapurda tikilib. Hotel və pərakəndə imperatorluğa ev sahibliyi edir.

1. “Abraj Al Bait Towers”
Maliyyə: 15 milyard dollar
Ölkə: Səudiyyə Ərəbistanı
2012-ci ildə Məkkə şəhərində inşa edilib. Bir saat qülləsi və bir hoteldən ibarətdir.

Zümrüd