Malayziyanın paytaxtı Kuala Lumpurda Santa Klusun uçan kirşəsi şəkilində quraşdırılmış qeyri-adi restoranda ziyarətçilərə xüsusi milad menyusu təqdim olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qeyri-adi restoran dekabrın 31-dək fəaliyyət göstərəcək. Maral fiqurlarının qoşulduğu kirşə formalı restoran xüsusi kranlar vasitəsilə 45 metr hündürlüyə qaldırılır.

Restoranın qonaqları burada dadlı yeməklər yeyərək Kuala Lumpurun gecə mənzərəsindən də zövq ala bilərlər.

Milli.Az