"ARB Günəş"in efirində yayımlanan "Kiçikdən-böyüyə" verilişinin qonaqları millət vəkili, yazıçı-publisist Elmira Axundova ilə 9 yaşlı nəvəsi Elmir olub.
Milli.Az bildirir ki, uşaqlıq illərindən danışan Elmira xanım maraqlı açıqlamaları ilə diqqət çəkib. O, balerina olmaq arzusunda olduğunu, lakin sonradan gözünün zəifliyi səbəbindən istəyinə nail olmadığını bildirib:
"Balerina olmaq istəyirdim, lakin 6-7-ci sinifdə oxuyanda başa düşdüm ki, məndən güclü balerina olmayacaq".
Veriliş boyu millət vəkili ilə nəvəsi arasında maraqlı söhbət olub.
"Kiçikdən-böyüyə" verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı "ARB Günəş"də yayımlanır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: