Belə bir mühüm görüşün Bakıda keçirilməsi onu göstərir ki... - ŞƏRH

Belə bir mühüm görüşün Bakıda keçirilməsi onu göstərir ki... - ŞƏRH
11:33 14 Dekabr 2018
37 Digər
Ölkə mətbuatı
A- A+

Artıq dördüncü dəfədir ki, NATO-nun müxtəlif adlı rəhbər şəxsləri Bakıda görüşlərə qatılırlar. Bu görüşlərdə Azərbaycan paytaxtının seçilməsi təsadüfi deyil.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Zahid Oruc Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin növbəti görüşünü şərh edərkən deyib.

Millət vəkili bildirib ki, heç bir şişirtmələrə yol vermədən tədbirin nə üçün Azərbaycanda keçirilməsini izah etmək olar:

“Bu görüşlə bağlı xarici mediada yazılan məlumatları izləyirəm. Görüşlə bağlı quru məlumatlar verilmir, Azərbaycanın yerləşdiyi coğrafi məkan, hərbi sturukturlardan uzaq dayanması, rəsmi Bakının uzun illər ərzində həyata keçirməyə çalışdığı diplomatik səylər, Bakı Forumları, humanitar tədbirlər, sivilizasiyalar arası dialoqların üzərindən çıxış edirlər. Bəzən azərbaycanlı jurnalistin xüsusi bəlağətlə vurğulamadığı fikirlərə istər qərb, istərsə də MDB ölkələri mediasında rast gəlmək olar. Təbii ki, bu yazıları oxuyan azərbaycanlı şəxs xoşlanır.

Digər tərəfdən biz qərbin bölgədə iqtisadi, siyasi cəhətdən əlaqələrinin güclənməsini istəmişik, lakin onu Rusiya, İranın əleyhinə çevirməmişik. Bu tədbiri nə Gürcüstan, nə də Ermənistanda gerçəkləşdirmək mümkündür. Çünki tərəflərdən biri mütləq buna etiraz edəcəkdi. Hazırkı reallıqda Rusiya öz generalını nə Ermənistan, nə də Gürcüstana göndərmək istəyər. Gürcüstanda seçkidən əvvəl namizədlər verdiyi vədlərdə Avroatlantik məkana daha yaxın olmaq məqsədini açıq bəyan edirdilər”.

Millət vəkili bildirib ki, hər iki tərəf Azərbaycanın bu görüşlər vasitəsilə məxfi məlumat ötürmək, nəyisə gizli planda həyata keçirmək kimi niyyəti yoxdur:

“Azərbaycanda belə bir görüşün keçirilməsi həm də o anlama gəlir ki, NATO da, Rusiya da Azərbaycan bu tədbirdən maksimum təhlükəsizlik mənafeyi kimi istifadə edəcəyini bilir. Ölkə başçısı hər iki təmsilçini qəbul etdi, hər iki ölkə ilə münasibətlərimizə toxundu. Biz qərbin hərbi-siyasi naliyyətlərinin bizim də silahlı qüvvələrdə təkrarlanmasını istəyirik. Lakin biz NATO-ya üzvlük marağında deyilik. Bilirik ki, bu regiondakı vəziyyəti darmadağın edəcək. Bizim şimal qonşumuzla münasibətlərimiz ən yaxşı vəziyyətdədir. Azərbaycanın qlobal təhülkəsizliyə töhfəsi ilə qürurlanmalıyıq. Biz arzu edirik ki, Rusiya və Qərb arasındakı qarşıdurma səngisin. Bu, heç bir dövlətin xeyrinə deyil. Bu görüşləri müsbət dəyərləndiririk. Bizim neytrallıq pozisiyasındakı addımlarımız alt qatdakı mühüm mövqeyə malikdir. İstəyimiz ərazi bütövlüyümüzün tapdalanmasına baxmayaraq xarici əlaqələrdə əsas prinsiplərin sülh və əminamanlıq tərəfdarı olmağımızın qəbul edilməsidir”.

Gülxar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/263014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR