Deputat radarlarla bağlı cərimələrin ləğv edilməsinə dair təklifinə aydınlıq gətirib

Deputat radarlarla bağlı cərimələrin ləğv edilməsinə dair təklifinə aydınlıq gətirib
16:42 17 Dekabr 2018
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Milli Məclisin deputatı Tahir Kərimli radarlarla bağlı cərimələrin ləğv edilməsinə dair təklifinə aydınlıq gətirib.
O, “Report”a açıqlamasında bildirib ki, təklifi cərimələrin tam ləğv olunmasını nəzərdə tutmur.
Deputat xatırladıb ki, İnzibti Xətalar Məcəlləsinin 342-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinin 9-cu bəndinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.
Deputat deyib ki, o, məhz bu bəndin ləğv edilməsini təklif edir: “Ona görə ki, indi hər kəs mobil telefonlara bu cür proqramlar yükləməklə radar haqqında müfəssəl məlumat əldə edə bilər. Buna görə hamı məsuliyyətə cəlb olunmalı deyil ki... İkincisi, bu cihazlar əgər radar-dedektor funksiyasını yerinə yetirirsə, əksinə sürücüyə xəbərdaredici faydası var. Heç də bütün cihazlar anti-radar funksiyası daşıyaraq radarların funksiyasını pozmur. Biz innovativ formalardan istifadə etmək istəyiriksə, bir çox dövlətlərdəki kimi yolda ÇİP-lər quraşdırmalıyıq ki, onlar avtomobilə müvafiq siqnallar ötürə bilsinlər”.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/deputat-radarlarla-bagli-cerimelerin-legv-edilmesine-dair-teklifine-aydinliq-getirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR