Məşhur aktyor Ceyson Momoa (Jason Momoa) baş rolunu ifa etdiyi "Aquaman" filminin Sidney şəhərindəki premyerasında iştirak edib.

Milli.Az nypost-a istinadla xəbər verir ki, aktyor saç düzümü, ağ kostyumu və boğazındakı çiçəklərdən ibarət boyunbağı ilə diqqət çəkib.

Ceysonun saçı məktəbli qızların saç düzümünə bənzəyib. Belə ki, o, saçlarına çəhrayı "bantik" vurub.

Qeyd edək ki, o, "Game of thrones" (taxt oyunları) serialından sonra şöhrət qazanıb.

Fuad
Milli.Az