Türkiyədə keçmiş polis rəisinin həyat yoldaşı və qızı yanğın nəticəsində ölüb
Paylaş
·52 baxış·1 dəq oxu
Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyənin Konya əyalətinin keçmiş polis rəisi Cemalettin Ertemin həyat yoldaşı Cahidan və qızı Hülya binada baş verən yanğın nəticəsində ölüb. “Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilən fövqəladə xidmətin əməkdaşları yanğını söndürüblər. Bildirilib ki, hadisə Kadıköy rayonunun Kozyatağı məhəlləsinin Hilmi Paşa küçəsində baş verib. Yanğının səbəbi araşdırılır.