Bakı. 24 dekabr. REPORT.AZ/ İrandan Azərbaycana külli miqdarda nar­kotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Hadisə İran-Azərbaycan dövlət sərhədinin Yardımlı rayonu Deman kəndi ərazisindən keçən hissəsində baş verib. Qaçaqmalçılar gətirdikləri malı ataraq geri qaçıblar. Xidməti sahədən qaçaq­mal­çılara məxsus 6 kq 580 qram marixuana və 70 qram heroin götürülüb.
DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycandan İran istiqamərində dövlət sərhədini pozaraq keçməyə cəhd göstərən Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Sadiqova Dilbər Daminovna saxlanılıb.
Dekabrın 21-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin Füzuli rayonu Babı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilən tədbirlər nəticəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları 1993-cü il təvəllüdlü Rubel İmya Abdulmanan və 1996-cı il təvəllüdlü İslam Ariful Abdulla saxlanılıblar.
Araşdırma zamanı Banqladeş vətəndaşlarının yeddi ay əvvəl Azərbaycana rəsmi qaydada gəlmələri və dövlət sərhədini pozmaqda məqsədlərinin İrana, oradan isə qeyri-qanuni yolla Türkiyəyə miqrasiya etmək olub.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb