Bakı. 11 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.