Afət daha dəhşətli sürpriz hazırlayır

Afət daha dəhşətli sürpriz hazırlayır
19:47 12 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Nəsiminin "Sığmazam" qəzəli onsuz da məşhur idi. Mənim ifamdan sonra daha da tanındı, insanlar əzbərləməyə başladı.Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Musavat.com-un canlı yayımında qonaq olan müğənni Afət Fərmanqızı məşhur hind mahnısına Nəsiminin "Sığmazam" qəzəlinin təhrif edərək oxuması barədə müzakirələr zamanı deyib. O, bu mahnını oxumaqda heç bir qəbahət görmədiyini söyləyib:"Orta məktəbdə oxuyanda heç bu qəzəli əzbər bilmirdim. Mahnı üçün oxuyanda öyrəndim. Mən savadlı insanam. Ali təhsilli biologiya-kimya müəllimiyəm. Bu birdən-birə mənim yadıma düşmədi."Pəncu-şeş"i oxumamışdan əvvəl şəxsi vəkilimlə məsləhət elədim. Dedi ki, heç bir qanuna zidd deyil.Toy bizim ən müqəddəs adət-ənənəmizdir. Bu qəzələ oynayanda nə olur ki? Mən bu mahnını oynamaq üçün oxumamışam. Musiqisində istifadə edilən hind mahnısı elə bir mahnıdır ki, Azərbaycanda hələ elə bir mükafat alan sənətkar yoxdur. Ala da bilməz. Necə olur ki, bu musiqi minlərlə insana yaradı, mənə yaramadı? Bu dünyada ermənidən başqa bütün xalqların musiqisi mənim üçün musiqidir.İndi Corc Mayklın bir mahnısına gecə-gündüz qulaq asıram. Ola bilər ki, onun mahnısının musiqisi ilə bizim sözləri birləşdirib mahnı oxudum. Hələ sürprizdir".Müğənni oxuduğu mahnı vasitəsilə Nəsimini hindistanlılar arasında təbliğ etdiyini söyləyib:"Bu dəqiqə bütün dünya internetdədir. O mahnıda açar sözlər elədir ki, həmin mahnının orijinal versiyasına qulaq asanların "Pəncu-şeş"i dinləməsi ehtimalı 90 faizdir. Mahnının sözlərini araşdırsalar, görəcəklər ki, Azərbaycanın belə bir dahi şairi olub. Dünyada yaşayan 10 hindistanlı Nəsimini tanısa, bunun nəyi pisdir ki? Filmlərdə çırtıq çalıb bu mahnını oxuyanda olur, Afət oxuyanda olmur?Nəsiminin qəzəllərinə xalq artisti Zeynəb Xanlarova da müraciət edib. Bir şeyi də qeyd edim ki, mən hind mahnısını Azərbaycan ritminə salmışam. Həmin hind musiqisinə özüm söz yazmışdım. İstəmədim ki, belə bir dünyəvi mahnını məhv edim. Nəsiminin qəzəli ilə dünyəvi hind mahnısını daha da alovlandırmaq istədim. Qanunda bu barədə hər hansı qadağa olsaydı, oxumazdım. Bundan sonra Nəsiminin 20 qəzəlinə də mahnı oxuyacam.Bəziləri sosial şəbəkələrdə şərh yazmaq xatirinə yazırlar. Kim tənqid edirsə, bu mahnıya oynamasın. Bu dəqiqə desəm ki, Nəsiminin qohumları gəlib, köməyə ehtiyac var, 3-5 manatdan yığıb yardıma gəlməzlər. Heç olmasa, mən yada saldım, Nəsiminin adı çəkildi. İnanın ki, bu ideya ağlıma gələndə 2019-cu ilin "Nəsimi ili" olduğunu bilmirdim".Qeyd edək ki, bundan əvvəl müğənni Afət Fərmanqızının İmadəddin Nəsiminin "Sığmazam" qəzəlinin sözləri ilə oxuduğu məşhur "Pəncu-şeş" hind mahnısı müzakirələrə səbəb olmuşdu. Müğənni qəzəlin ilk beytini də təhrif etmişdi.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/730005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR