"Mançester Siti" və "Yuventus" üçün səfər sınağı

"Mançester Siti" və "Yuventus" üçün səfər sınağı
07:57 20 Fevral 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin sonuncu ilk oyunları keçiriləcək.
“Report” xəbər verir ki, İspaniya “Atletiko”su İtaliyanın “Yuventus” komandasını qəbul edəcək. Almaniyada isə “Şalke” ilə İngiltərə təmsilçisi “Mançester Siti” qarşılaşacaq.
Ümumilikdə son 22 matçda 2 dəfə məğlub olan “Atletiko” hazırda La Liqada 47 xalla 2-ci pillədə qərarlaşıb. Dieqo Simeonin rəhbərlik etdiyi kollektiv lider “Barselona”dan 7 xal geri qalır. “Yuventus” isə A seriyasında zirvədə qərarlaşıb. Massimiliano Alleqrinin baş məşqçisi olduğu komanda 66 xala malikdir və ən yaxın izləyicisi “Napoli”ni 13 xal qabaqlayır.

“Atletiko”da müdafiəçi Lukas Hernandes, yarımmüdafiəçi Koke və hücumçu Dieqo Kosta zədəlidir. “Yuventus”da isə analoji səbəbdən müdafiəçi Daniele Ruqani və yarımmüdafiəçi Duqlas Kosta meydana çıxmaya bilər. İkilinin durumu sual altındadır.
“Şalke” və “Mançester Siti”nin milli çempionatlardakı mövqeləri çox fərqlidir. Domeniko Tedeskonun komandası Bundesliqada 23 xalla 14-cü yerdədir. Xosep Qvardiolanın baş məşqçisi olduğu kollektiv isə Premyer Liqada 65 xalla “Liverpul”la zirvəni bölüşür.

Meydan sahiblərinin düşərgəsində müdafiəçi Omar Maskarel cəzalı, yarımmüdafiəçilər - Benjamen Stambuli və Alessandro Şöpf, eləcə də hücumçu Brel Embolo zədəlidir. Qonaqların heyətində isə qapıçı Klaudio Bravo və müdafiəçilər - Vensan Kompani ilə Benjamen Mendi oxşar səbəbdən oyunda iştirak edə bilməyəcəklər.


Çempionlar Liqası
1/8 final, ilk oyunlar
24:00. “Atletiko” (İspaniya) – “Yuventus” (İtaliya)
Baş hakim: Feliks Tsvayer (Almaniya)
Madrid, “Metropolitano” stadionu
24:00. “Şalke” (Almaniya) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Karlos del Serro (İspaniya)
Helzenkirhen, “Feltins Arena”

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasi-mancester-siti-ve-yuventus-ucun-sefer-oyunlari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR