Hərbçilərimiz Qarsda yüksək peşəkarlıq nümayiş etdirdilər - FOTO

Hərbçilərimiz Qarsda yüksək peşəkarlıq nümayiş etdirdilər - FOTO
20:48 23 Fevral 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2019”da ölkəmizi layiqincə təmsil ediblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Türkiyə Respublikasının Qars şəhərində beynəlxalq “Qış təlimi-2019” çərçivəsində Türkiyənin müdafiə naziri Hulusi Akar və digər ölkələrin təmsilçilərinin yer aldığı Yüksək səviyyəli qonaqlar günü keçirilib. Təlimin yekun mərhələsinin keçirildiyi Yüksək səviyyəli qonaqlar günündə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev də iştirak edib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqlarını uğurla yerinə yetirərək, digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra ediblər.

Beynəlxalq hərbi təlimdə iştirak edən hərbi qulluqçularımız xidmət yerlərində təntənəli mərasimlə qarşılanıblar.

Mərasimdə Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Teymur Eyyubov, Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, polkovnik Yusif Gündoğdu və təlimdə iştirak edən polkovnik Tehran Mənsimov çıxış ediblər. Bildirilib ki, təlimin bütün mərhələlərində şəxsi heyətin yüksək peşəkarlıq nümayiş etdirməsi hərbi qulluqçularımızın malik olduğu bilik və bacarıqdan, vətənpərvərlik hisslərindən xəbər verir. Ümumilikdə, 16 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi təlimdə Azərbaycan və Türkiyə hərbçiləri həmişə olduğu kimi, bu dəfə də yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonda təlimdə iştirak etmiş heyətlə xatirə şəkli çəkdirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/270629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR