Messi "Barselona"ya "Sevilya" üzərində səfər qələbəsi qazandırıb

Messi "Barselona"ya "Sevilya" üzərində səfər qələbəsi qazandırıb
21:42 23 Fevral 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ İspaniya La Liqasının XXV turunun mərkəzi görüşü "Sevilya""Barselona" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, "Roman Sançes Pisxuan" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahibləri oyun ərzində 2 dəfə önə keçsələr də, "Barsa" Lionel Messinin "het-trik"i və məhsuldar ötürməsi sayəsində üstünlüyü öz xeyrinə dəyişib.
Bu qələbə sayəsində "Barselona" xallarını 57-yə çatdıraraq, liderliyini davam etdirib. Ehtiyatda bir oyunu olan "Real Madrid" 47 xalla 2-ci pillədədir. "Sevilya" isə 37 xalla 5-cidir.
İspaniya La Liqası, XXV tur
19:15. Sevilya" - "Barselona" - 2:4
Qollar: Xesus Navas, 22. Qabriel Merkado, 42 - Lionel Messi, 26; 67; 85. Luis Suares, 90+3

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barsa-lionel-messi-sayesinde-ustunluyu-oz-xeyrine-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR