Avstraliya Sidneydə yaşayan qadın qonşusunun həyətindəki ağacdan asılı olan qeyri-adi kisələrin nə olduğunu anlamayaraq fotosunu çəkib və sosial mediada paylaşıb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, fotonu paylaşaraq onun nə olduğunu öyrənmək istəyən qadın həqiqəti öyrəndikdə çox təəccüblənib. Çünki bu şara bənzəyən kisələrin içində hörümçək balaları olduğunu öyrənib.
Bir istifadəçi bunun qeyri-adi görünüşlü Bolas hörümçəyinin kisəsi olduğunu, hörümçəyin bu kisəni bir neçə gecədə hazırladığını və içində təxminən 600 yumurta olduğunu bildirib.
Kisənin içindəki bala hörümçəklər qışın və yazın əvvəllərində yumurta kisələrindən çıxır və küləklə uzağa uçurlar.



