Tahir Kərimli: "Hədsiz zəifləmiş müxalifətin bir blokda birləşmə şansları çox azalıb"

Tahir Kərimli: "Hədsiz zəifləmiş müxalifətin bir blokda birləşmə şansları çox azalıb"
17:52 14 Yanvar 2015
111 Digər
Ölkə mətbuatı
A- A+

Hədsiz zəifləmiş vəziyyətdə olan müxalifət partiyalarının parlament seçkilərinə bir blokda getmək şansları da çox azalıb.

Bu barədə Trend-ə Vəhdət Partiyasının sədri Tahir Kərimli bir sıra müxalifət partiyalarının parlament seçkilərinə hazırlaşmasına münasibət bildirərkən deyib.

T.Kərimli qeyd edib ki, həmişə verdikləri vədi yerinə yetirməmələri səbəbindən indi müxalifət partiyaları çətin vəziyyətlə üzləşiblər: “Müxalifət partiyaları istər prezident seçkilərində, istər parlament seçkilərində, istərsə də bələdiyyə seçkilərində aciz vəziyyətə düşüblər. Yəni sosial baza bu partiyaları tərk edib, müəyyən üzvləri qalıb ki, bu da kütləviliyi təmin edə bilimir. Elə son vaxtlar müxalifət partiyalarının keçirdiyi mitinqlərdən də bu aydın göründü. Ona görə də hədsiz zəifləmiş vəziyyətdə bir blokda birləşmə şansları da çox azalıb”.

Onun sözlərinə görə, müxalifət liderləri bir-birilərinə qarşı o qədər qeyri-səmimi olublar, bir-birilərini o qədər alçaldıblar, aşağılayıblar ki, indi onların birliyi də real görünmür: “Hətta onlar formal birliyə getsələr belə, bu onlara heç bir səs gətirməz, əksinə onları tənqidi vəziyyətə salar”.

Sədrlik etdiyi partiyanın parlament seçkilərində iştirakına gəlincə isə T.Kərimli partiya daxilində bununla bağlı müzakirələrin aparıldığını deyib: “Hələ parlament seçkilərinə hansı formada getmək barədə partiyanın qəti qərarı yoxdur. Ancaq müzakirələr davam etdirilir”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR