Milli Məclisdə Ağsu çayının ətrafında 2 km-lik bənd salınması təklif olunub

Milli Məclisdə Ağsu çayının ətrafında 2 km-lik bənd salınması təklif olunub
17:32 15 Mart 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Son 10 ildə Ağsu çayı ətrafında cəmi 200 metr-lik bənd salınıb.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
Onun sözlərinə görə, hər dəfə bu çay daşanda onun fəsadlarının aradan qaldırılması üçün xeyli vəsait sərf olunur: “Nazirlər Kabinetinə təklif edirəm ki, Ağsuda dəymiş ziyanın qarşısını almaq üçün çayın kənarı 2 km uzunluğundan bəndləşdirilsin. Bu, həm şəhərimizi gözəlləşdirər, həm də təsərrüfat həyatımızı yaxşılaşdırar. Mən indiki vəziyyətdə cürət edib Ağsu çayı qarşısında süni göl yaratmağı demirəm. Bununla Kürdəmirə qədər suvarma işlərini təmin etmək, balıqçılığı inkişaf etdirmək, elektrik stansiyası tikmək olar və s. Bunlar çox vəsait tələb edir. Amma bəndatma işlərini həyata keçirmək olar”. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/milli-meclisde-agsu-cayinin-etrafinda-2-km-lik-bend-salinmasi-teklif-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR