"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında III dövrənin ən yaxşı komandası sayılıb

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında III dövrənin ən yaxşı komandası sayılıb
12:07 18 Mart 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ” klubunun futbolçusu Riçard Almeyda Azərbaycan çempionatında 40-cı qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqada XXI turun “Səbail”lə səfər matçına təsadüf edib. 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə komandasına 2:1 hesablı qələbə qazandıran Azərbaycan millisinin oyunçusu “Qarabağ”da keçirdiyi 168-ci çempionat matçında “40”a çatıb.
2012/2013 mövsümündən Ağdam klubunda çıxış edən Almeyda ilk çempionatında 13 dəfə fərqlənib. O, 2013/2014 mövsümündə 6, 2014/2015 mövsümündə 3, 2015/2016 mövsümündə 9, 2016/2017 və 2018/2019 mövsümlərində 2, 2017/2018 mövsümündə 5 qol vurub. Braziliya əsilli oyunçu ilk qolunu 2012-ci il avqustun 19-da “Sumqayıt”la səfər oyununda (6:1) rəqib qapısından keçirib.
Digər tərəfdən, "Qarabağ" Azərbaycan Premyer Liqasında III dövrənin ən çox xal toplayan komandası olub. Mövsümün ikinci yarısında 7 turun 28 qarşılaşmasında qapılara 52 top vurulub. 2019-cu ilin arxada qalan hissəsinin ən yaxşısı “Qarabağ” olub. 7 qarşılaşmada uduzmayan Ağdam klubu hesabına 15 xal yazıb. “Neftçi”, “Qəbələ” və “Zirə” 12 xal toplayıblar. Dövrə ərzində qələbə qazanmayan yeganə komanda cəmi 2 xal yığan “Sumqayıt” olub.
1 Qarabağ 7 4 3 0 9-4 15 2 Neftçi 7 3 3 1 10-5 12 3 Zirə 7 3 3 1 6-3 12 4 Qəbələ 7 3 3 1 7-5 12 5 Səbail 7 3 1 3 8-7 10 6 Keşlə 7 2 1 4 5-9 7 7 Sabah 7 1 2 4 4-10 5 8 Sumqayıt 7 0 2 5 3-9 2

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ricard-almeyda-40-ci-qolunu-vurdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR