BMT-nin Əhali Fondu: Dünyada urbanizasiya prosesi artan xətlə davam edir

BMT-nin Əhali Fondu: Dünyada urbanizasiya prosesi artan xətlə davam edir
09:05 20 Mart 2019
Ölkə mətbuatı
A- A+

BMT-nin Əhali Fondunun hazırladığı hesabatda bildirilir ki, 2018-ci ildə dünyada urbanizasiya prosesi artan xətlə davam edib. Planetimizdə hər 5 nəfərdən biri, yaxud 23 faizi (1,7 milyard nəfər) əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə yaşayır. 2030-cu ildə bu rəqəmin 28 faizə çatacağı gözlənilir. Həmin il dünya əhalisinin 752 milyon nəfərinin (8,8 faiz) əhalisinin sayı 10 milyondan çox olan şəhərlərdə yaşayacağı da proqnozlaşdırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hesabata görə, dünyanın ən böyük meqapolisi olan Tokioda əhalinin sayı 37 milyon 468 min nəfərə çatıb. İkinci yerdə Hindistanın paytaxtı Dehli (28 milyon 514 min), üçüncü yerdə isə Çinin Şanxay şəhəri (25 milyon 582 min nəfər) gəlir. Qeyd olunur ki, 2030-cu ildə Dehli əhalinin artımına görə Tokionu geridə qoyacaq. Bu şəhərin əhalisi 38 milyon 939 min nəfərə çatacaq, Yaponiya paytaxtında isə əhalinin sayında azalma olacaq (36 milyon 539 min nəfər). Həmin dövrdə Çinin Şanxay və Banqladeşin Dəkkə şəhərlərində də urbanizasiya prosesi güclənəcək.

Hesabatda qeyd olunur ki, 2018-ci ildə əhalisi 10 milyon nəfərdən çox olan meqapolislərin sayı 33-ə çatıb. Onlardan 27-si az inkişaf etmiş ölkələrdədir. Çində bu cür şəhərlərin sayı 6, Hindistanda isə 5 olub. Dünyanın 52 böyük şəhərində isə 2000-2018-ci illərdə əhalinin sayında azalma qeydə alınıb. Bildirilir ki, bu azalma təbii fəlakətlərlə və sosial-iqtisadi vəziyyətin pisləşməsi amilləri ilə əlaqədardır. Belə ki, Katrina qasırğasından sonra ABŞ-ın Nyu-Orlean, 2011-ci ildə baş vermiş zəlzələ və sunami fəlakətindən sonra Yaponiyanın Sendai şəhərlərində, işsizlik və böhran nəticəsində isə Birləşmiş Ştatların Buffalo və Detroyt şəhərlərində əhalinin sayında ciddi azalma baş verib. Hesabat müəllifləri müəyyən ediblər ki, ən sürətli urbanizasiya prosesi Asiya və Afrika qitələrində gedir. Həmin qitələrin 36 şəhərinin əhalisi ikiqat artıb və onların 17-si Çinin payına düşür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/740398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR