Oğurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi, Nizami RPİ 24-cü PŞ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 24-də Bakı şəhər sakini S.Məmmədovanın çantasından 230 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Z.Bayramova saxlanılıb.
Qeyd edək ki, Z. Bayramova əvvəllər oğurluq etdiyinə görə məhkum olunub.