İspaniyanin Kataloniya muxtariyyətinin paytaxtı Barselonada polislər şəhərin metro stansiyalarından birinə biletsiz daxil olmağa çalışan sərnişini vəhşicəsinə döyüblər.
Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, “Es Racismo” (“Bu, irqçilikdir”) hüquq müdafiə platforması aktivistlərinin "Tvitter"də yaydığı videoda Barselona metropoliten mühafizəçilərinin stansiyaya biletsiz girməyə çalışan sərnişini öncə təqib etdikləri, sonra isə rezin dəyənəklə döyərək yerlə sürüdükləri görüntülər əks olunub.
Miqrant olduğu deyilən sərnişinin döyülməsində 8 polis əməkdaşı iştirak edib. İspaniya hüquq müdafiəçilərinin yaydığı kadrlardan sonra “Renfe” dəmiryolu şirkəti daxili istintaq başladıb və insidentdə iştirak edən bütün mühafizə xidməti əməkdaşlarını işdən qovub.
Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla