Azərbaycan və İtaliya arasında siyasi məsləhətləşmələr aparılıb

Xarici işlər nazirinin müavini Ramiz Həsənov İtaliyada səfərdə olub.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, səfər vaxtı R.Həsənov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Emanuela Del Re, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Baş katibi Elizabetta Belloni və İtaliya Prezidentinin diplomatik müşaviri səfir Emanuela D’Alessandro ilə görüşlər keçirib və Azərbaycan və İtaliya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.

Görüşlərdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərlərinin, ötən il İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın ölkəmizə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya səfərlərinin iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub, yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı səfərlərin dinamikasının davam etdirilməsinin vacibliyi bildirilib.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR