İspaniya La Liqası: "Barselona" "Atletiko"nu məğlub edib

İspaniya La Liqası: "Barselona" "Atletiko"nu məğlub edib
00:47 7 Aprel 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İspaniya La Liqasında XXXI turun oyunları keçirilib.
"Report" xəbər verir ki, lider "Barselona" evdə ikinci pillədə qərarlaşan "Atletiko" ilə üz-üzə gəlib. Qarşılaşma Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki hər iki qol oyunun sonlarına təsadüf edib. Luis Suares 85-ci, Lionel Messi isə 87-ci dəqiqədə fərqlənib. Qonaqların heyətində Dieqo Kosta 28-ci dəqiqədə qırmızı vərəqə almaqla komandasını azlıqda qoyub.
"Real Madrid" isə doğma azarkeşlər önündə "Eybar"la qarşılaşıb. Madrid təmsilçisi fasiləyə məğlub durumda yollansa da ikinci hissədə Kərim Benzemanın qolları sayəsində qələbə qazanıb - 2:1.
Qeyd edək ki, bu nəticələrdən sonra "Barselona" 73 xalla 1-ci, "Atletiko" 62 xalla ikinci, "Real Madrid" isə 60 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-atletiko-nu-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR