Aparıcı Hacı Nuran Hüseynov Azərbaycanın 10 milyonuncu sakinini görməyə gedib.
Lent.az bildirir ki, aparıcı sosial şəbəkədə ötən gün dünyaya gələn uşaqla foto yayımlayıb.
Hacı Nuran şəklə "Azərbaycanın əhali sayı 10 milyon oldu. Təbrik edirəm" sözlərini yazıb.
Qeyd edək ki, aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.
Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.