"Sevilya" klubunun baş məşqçisində qan xərçəngi aşkarlanıb

"Sevilya" klubunun baş məşqçisində qan xərçəngi aşkarlanıb
23:07 7 Aprel 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Sevilya" futbol komandasının baş məşqçisi Xoakin Kaparrosun qanında xərçəng aşkarlanıb.
"Report"un "El Mundo Deportivo"ya istinadən məlumatına görə, bu barədə 63 yaşlı mütəxəssisin özü "Valyadolid"ə 2:0 hesabı ilə qalib gəldikləri La Liqanın XXXI tur matçından sonra açıqlama verib. Kaparros müalicəyə ehtiyacının olduğunu və komandada mövsümün sonunadək çalışacağını bildirib. Təcrübəli mütəxəssis ona "Sevilya"ya Çempionlar Liqasına vəsiqə qazandırma missiyasını davam etdirmək imkanı yaratdığı üçün klub rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, La Liqada 31 turdan sonra "Sevilya" 49 xalla 5-ci pillədə qərarlaşıb və 4-cü pillədəki "Xetafe"dən cəmi 1 xal geri qalır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sevilya-klubunun-bas-mesqcisinde-qan-xercengi-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR