Milli Məclisdə İrandakı sel fəlakətindən danışıldı

Milli Məclisdə İrandakı sel fəlakətindən danışıldı
13:48 9 Aprel 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən toplantısında İranda baş verən təbii fəlakət və onun nəticələri gündəmə gətirilib.

Publika.az xəbər verir ki, bu məsələni BAXCP sədri, deputat Qüdrət Həsənquliyev qaldırıb.

Həsənquliyev bildirib ki, İranda baş verən təbii fəlakət nəticəsində 190-dan çox kənd su altında qalıb, 100 mindən çox insan qaçqın düşüb, 70-dən çox insan vəfat edib, yüzlərlə şəxs yaralanıb:

“İran bizim yaxın qonşumuzdur. Əlbəttə, İranın Ermənistanı dəstəkləməsini tənqid edirik, habelə Cənubi Azərbaycanda soydaşlarımızla bağlı yaşananlara etiraz edirik. Azərbaycan hər zaman darda olanlara əl uzadıb. Baxmayaraq ki, özümüzün 1 milyon qaçqınımız var, hesab edirəm ki, hər kəs bu istiqamətdə hökumətin İrana dəstək addımını alqışlayar”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/275085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR