Nazpəri Dostəliyevadan AĞIR CAVAB GƏLDİ: "Sübut edəcəyəm..."

Nazpəri Dostəliyevadan AĞIR CAVAB GƏLDİ: "Sübut edəcəyəm..."
13:09 19 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Nazpəri Dostəliyeva qardaşı qızı hesab edilən Pərvanə Dostəliyevanın iddialarına cavab verib.

 

Lent.az-ın məlumatına görə, müğənni “Hər şey daxil” verilişinə zəng edib və bildirib ki, P.Dadaşova barəsində adiyatı orqanlara müraciət edib:

 

"Qalmaqaldan qaçdıqca, gəlib məni yaxalayır. Yaxşı sənətkarları az qalırlar boğsunlar, səhnədən uzaqlaşdırsınlar. Bunu atamın dövründən görmüşəm. Açıqlama vermək istəmirəm. Bir şeyi bilin, haqsız olaraq məsuliyyəti çiynimə yükləyirlər. Mən övladlarıma, bəzilərinə məsuliyyət daşıyıram. Bir insan hər kəsin məsuliyyətini daşımalıdırmı? Öz şəxsiyyətimlə heç vaxt xalqa qarşı hörmətsizlik etməmişəm. Qüsurum olmayıb. Tanımadığım 5 ailə var ki, ataları dünyasını dəyişib, imkanları yoxdur, onları saxlayıram. İnsan elədiyi yaxşılığı reklam edir, mən susuram. Bunları etməsəm, ruzim olmaz. Bu Allahsızlığı mənim adıma yazırlar, böyük günah iş görürsünüz. 


Mənə, ailəmə atılan böhtanı İnterpola vermişik, axtarılır. Hər şeyi sübuta yetirəcəm. Çirkabı üstə çıxarıb, sənətkarı məhv edirlər. Bəzi cahil insanların ağzına məni niyə salırsınız? Qardaşımın 60-a yaxın yaşı var. Oturub başqa bir ölkədə kimsə danışır. Böhtanları, çirkabı sübut edəcəyəm. Durub qaşını, saçını mənə oxşadan mənim qohumumdur? Bu nə biabırçılıqdır? Xalqımı savadsız, cahil, mənəviyyatsız görmək istəməzdim. Əlbəttə ki, xalqım deyirəm, üzr istəyirəm, bəzilərini".

Qeyd edək ki, P.Dostəliyeva açıqlamasında N.Dostəliyevanın qardaşı qızı olduğunu demişdi. O bildirmişdi ki, 6 yaşında doğma atası ona təcavüz edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/311857

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR