Ordubadda qarın hündürlüyü 15 sm-ə çatıb

Ordubadda qarın hündürlüyü 15 sm-ə çatıb
14:07 20 Aprel 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 19-u gündüzdən aprelin 20-si səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a bildirilib ki, sinoptiklərin əvvəlcədən xəbər verdiyi kimi, aprelin 19-u gündüzdən 20-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağmış, ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. 
Respublikanın əksər çaylarında yağan leysan xarakterli intensiv yağışla əlaqədar çaylarda sululuq artmış və hal-hazırda artım davam edir.
Səhər saatlarına olan məlumata əsasən, Böyük Qafqazın bəzi yerlərində, Şəki, İsmayıllı, Oğuz, Qəbələ, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Quba, Xınalıq, Altıağac, Xaltan, Qırız, Qusaryasaq, Şamaxıda, Naxçıvan MR-nın bəzi yerlərində, Ordubad, Paraqa, Nurgüt (Ordubad), Biçənək, Batabat, Kükü (Şahbuz), Ərəfsədə (Culfa) hal-hazırda qarın yağması davam edir. Ölkə ərazisində qeyri-sabit hava şəraitinin aprelin 24-dək davam edəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Yağıntının hündürlüyü Bakıda və Abşeron yarımadasında: 0-2 mm; Böyük Qafqazda: 3-18 mm; Naxçıvan MR-da: 4-23 mm, Nürgütdə (Ordubad) 30.0 mm; Qazax-Gəncə zonasında: 3-15 mm; Kiçik Qafqazda: 10-13 mm; Mərkəzi-Aran rayonlarında: 2-10 mm; Lənkəran-Astara zonasında: 6-49 mm olub.
Qar örtüyünün hündürlüyü Paraqada (Ordubad) 15 sm, Nürgütdə (Ordubad) 10 sm, Qırızda 6 sm, Daşkəsən, Şahdağda 5 sm, Lerik, Xınalıq, Altıağacda 4 sm, Gədəbəy, Xaltanda 3 sm, Yardımlı, Göygöldə 2 sm, Ağdərə, Biçənəkdə (Naxçıvan), Quba, Qusarda 1 sm olub.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/faktiki-hava-seraiti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR