“Sevilya” darmadağına sevinib, “Real” xal itirib - VİDEO

“Sevilya” darmadağına sevinib, “Real” xal itirib - VİDEO
10:04 26 Aprel 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında XXXIV tura yekun vurulub.
 
ONA-nın məlumatına görə, turun son günündə 3 qarşılaşma keçirilib.
 
“Sevilya” evdə “Rayo Valyekano”nu darmadağın edib. Qonaqların müqavimətini ikinci hissədə qıran meydan sahibləri 32 dəqiqəyə 5 qol vurublar.
“Vilyarreal” “Real Sosyedad”ın qonağı olub. Matçın taleyini qonaqların vurduğu bir top həll edib.
 
Turun son görüşündə “Real” “Xetafe”nin qonağı olub. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
 
Qeyd edək ki, növbəti turun oyunları aprelin 27-29-da keçiriləcək.
 
İspaniya La Liqası
XXXIV tur
25 aprel
“Sevilya” – “Rayo Valyekano” – 5:0
Promes, 55, Al-Haddadi, 57, 62, Ben Yeder, 69, Salvatyerra, 86
“Real Sosyedad” – “Vilyarreal” – 0:1
Moreno, 85
“Xetafe” – “Real” – 0:0

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR