Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Qazaxda olublar

Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Qazaxda olublar
19:42 30 Aprel 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Qazax rayonuna səfər ediblər.
"Report"un Qərb mərkəzinin məlumatına görə, diplomatlar “Damcılı” mağarası, Qazax Sement Zavodu, Şəhidlər xiyabanı, Qazax Müəllimlər Seminariyası və Tarixi Cümə Məscidi, “Saloğlu” mebel fabriki, həmçinin Ədəbiyyat Muzeyi və Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olublar.

***09:56
Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Qazax və Tovuz rayonlarına tanışlıq səfərləri başlayıb.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 
Səfəri XİN təşkil edib. Məqsəd ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerində tanış olmaqdır. 
Səfər çərçivəsində diplomatlar Qazax rayonunda “Damcılı” mağarası, Qazax Sement Zavodu, Şəhidlər xiyabanı, Qazax Müəllimlər Seminariyası və Tarixi Cümə Məscidi, “Saloğlu” mebel fabriki, eləcə də Ədəbiyyat Muzeyi və Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olacaqlar.
Eyni zamanda, diplomatlar Tovuz rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, “Göytəpə” qədim yaşayış məskəni və “Tovuz Baltiya LTD” konyak klubu ilə tanış olacaqlar.
Səfər mayın 1-də başa çatacaq. 


















Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycandaki-diplomatik-numayendeliklerin-rehberleri-qazaxda-olublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR