Ümummilli lider Heydər Əliyevə həsr edilən TEDxUNEC adlı konfrans keçirilib

Ümummilli lider Heydər Əliyevə həsr edilən TEDxUNEC adlı konfrans keçirilib
11:47 7 May 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında ümummilli lider Heydər Əliyevə həsr edilən TEDxUNEC adlı konfransı keçirilib.
"Report" xəbər verir ki, “Azərbaycan: Lider. Tərəqqi” mövzusunda keçirilən tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, deputatlar, ziyalılar iştirak edib. 
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov “Liderlik fəlsəfəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycanın lideri”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Liderin Azərbaycanı” mövzularında məruzə ilə çıxış ediblər.
M.Qurbanlı deyib ki, ulu öndər Heydər Əliyev fəlsəfi və tarixi baxımdan elə xəzinədir ki, hər bir azərbaycanlı onun barəsində kifayət qədər məlumatlıdır: "Hər bir dahi şəxsiyyət zamanın tələblərinə görə tarixi xidmətlər göstərib. Heydər Əliyev də məhz belə dahi insan olub. O, tarixə qurucu lider kimi düşüb. Onun sayəsində Azərbaycan sabitliyə nail olub".
Z.Oruc isə bildirib ki, ulu öndər Heydər Əliyev barədə son fikiri söyləmək mümkün deyil: "Ona olan münasibət tarixdə artıq qəlibləşib. Heydər Əliyev öz sistemi olan insan idi. Öz idarəsini, hünərini xalqla birgə verdiyi qərarlarda göstərirdi. Bütün həyatı boyu sadə xalqın lideri olub". 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/umummilli-lider-heyder-eliyeve-hesr-edilen-tedxunec-adli-konfrans-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR