Apreldə Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Apreldə Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb
09:57 8 May 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin aprel ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.
“Report”un məlumatına görə, apreldə Muxtar Respublikasına verilən təbii qazın ümumi həcmi 16 737 486 kubmetr təşkil edib. Ötən ay üzrə verilən təbii qazın ümumi dəyəri 2 282 591 manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 2 395 272 manat təşkil edib. Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 104,9 olub.
Belə ki, Naxçıvan şəhərində verilən təbii qazın ümumi həcmi 2 569 542 kubmetr, verilən təbii qazın ümumi dəyəri 309 792 manat, daxil olan vəsaitin həcmi 310 029 manat, təbii qazın istifadəsinə görə yığımı isə 100,1% icra edilib.
Şahbuz rayonunda verilən təbii qazın ümumi həcmi 838 177 kubmetr, verilən təbii qazın ümumi dəyəri 93 060 manat, daxil olan vəsaitin həcmi isə 93 094 manat təşkil edib. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı isə 100,1% icra edilib.
Culfa rayonunda verilən təbii qazın ümumi həcmi 1 139 340 kubmetr, verilən təbii qazın ümumi dəyəri 122 440 manat, daxil olan vəsaitin həcmi isə 122 440 manat olub. Culfada təbii qazın istifadəsinə görə yığımı isə 100% icra edilib.
Ordubad rayonunda verilən təbii qazın ümumi həcmi 1 215 686 kubmetr, verilən təbii qazın ümumi dəyəri 132 339 manat, daxil olan vəsaitin həcmi isə 132 339 manat olub. Ordubadda təbii qazın istifadəsinə görə yığımı isə 100,0% icra edilib.
Şərur rayonunda verilən təbii qazın ümumi həcmi 1 931 581 kubmetr, verilən təbii qazın ümumi dəyəri 207 180manat, daxil olan vəsaitin həcmi 207 231 manat təşkil edib. Şərurda təbii qazın istifadəsinə görə yığımı isə 100,0% icra edilib.
Ötən ay Sədərək rayonunda verilən təbii qazın ümumi həcmi 229 578 kubmetr olub. Bu rayonda verilən təbii qazın ümumi dəyəri 24 220 manat, daxil olan vəsaitin həcmi 24 223 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı 100% olub.
Kəngərli rayonunda verilən təbii qazın ümumi həcmi 819 495 kubmetr olub. Ötən ay bu rayonda verilən təbii qazın ümumi dəyəri 89 604 manat, daxil olan vəsaitin həcmi 89 608 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı 100% olub.
Apreldə Babək rayonu verilən təbii qazın ümumi həcmi 2241 393 kubmetr təşkil edib. Babəkdə verilən təbii qazın ümumi dəyəri 47 604 manat, daxil olan vəsaitin həcmi 247 647 manat olub. Bu rayonda da təbii qazın istifadəsinə görə yığımı 100% olub.
Bu ilin aprel ayında muxtar respublikanın müəssisə və təşkilatlarına verilən təbii qazın ümumi həcmi 5 752694 kubmetr təşkil edib. Büdcə təşkilatlarına verilən təbii qazın ümumi dəyəri 056352 manat, daxil olan vəsaitin həcmi 16559 manat olub. Müəssisə və təşkilatlarının təbii qazın istifadəsinə görə yığımı 110,6% olub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/aprelde-naxcivana-verilen-tebii-qazin-miqdari-ve-satisindan-toplanan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR