Əli Kərimli məndən xahiş etdi ki… - Arifoğludan ŞOK

Əli Kərimli məndən xahiş etdi ki… - Arifoğludan ŞOK
15:48 27 Sentyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Trol ordusu yaratmaq və saxlamaq işinin atası Azərbaycanda Kərimlidir.

Axar.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinin sahibi Rauf Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyevə geniş müsahibəsində deyib.

R.Arifoğlu bildirib ki, hər bir cəbhəçinin 20-30 saxta profili var:

“Əli Kərimlinin özünün mənə məlum olan 11 saxta profili vardır. Onlardan da 5-i qadın adı ilə aparılır. Yəni, bəzən Əli Kərimli qadın niki ilə FB-yə girir və oradan rəqiblərinə qarğış, nifrin və s. yağdırır. Bugünlərdə də Gültəkin Hacıbəyli “kişi” çıxdı. Onun da saxta Türkel Oğuz profili tam təsadüfən, Şahin Cəfərli ilə polemikada ifşa olunmuşdu.

Əli Kərimli ilə yaxın olduğumuz zamandan bilirəm ki, bu işdə çox peşəkarlaşıb. 2010-13-cü illərdə Feysbukda hər kəsdən tez təşkilatlanmışdı. İsrarla deyirdi ki, orda təşkilatlanmaq lazımdır. Tunisdən, Misirdən, ərəb baharından yaman ilhamlanmışdı.

Bu üzdən sosial şəbəkələrdə yeni imkanlar görürdü. Hazırda da ən güclü troll ordusu Azərbaycanda onundur. Yəni hökumət qüsura baxmasın, Kərimliyə çata bilməz”.

R.Arifoğlu bildirib ki, türk milliyyətçisidir və bunun heç kimə ziyanı yoxdur:

“Amma bu gün bizim bəzi keçmiş soydaşlarımız Rusiya və Avropada etnik separatizmi qızışdırırlar. Qəribədir ki, onların Avropada Əli Kərimli tərəfdarları ilə açıq əməkdaşlığı da var. Məni heyrətləndirən də budur. Bir adam hər kəsləmi təmasa girə bilər? Göründüyü kimi, bəli. Talış separatizmi xəttində olub Ermənistan və Rusiya xüsusi xidmətlərilə açıq əməkdaşlıq edən şəxslər Əli Kərimlinin media resurslarında daimi və əziz qonaqlardır. Ordan məni və başqalarını təhqir edirlər. Bunlara siyasi pasportu da Kərimli verir. Buna çox təəssüf edirəm”.

Onun sözlərinə görə, Kərimli inad mərhələsindədir – həm geriyə yolu yoxdur, həm də oturmağa təzə qucaq:

“Siyasi mənada əlbəttə ki, kimsə ona qucağını açmır artıq. Biz onunla 90-lardan bu yana dəfələrlə dalaşıb-barışmışıq. Əvvəl mən onu ittiham edirdim ki, satılmısan, hökumətə işləyirsən. Sonra doğrudan da, getdi deputat oldu. Fərhad Əliyevin ofisindən ona maliyyə axırdı, hökumətin də nəzərində islahatçı xəttin vacib bir elementi kimi qiymətləndirilirdi. Maraqlı hadisələrlə zəngin dövr idi. Məsələn, Kərimli deputat olduğu illərdə biz onun haqqında nəsə yazan kimi bizi prokurorluğa verirdi. Bir gün hətta məni və Azər Ayxanı küçədə tutub gətirdilər prokurorluğa. Deputat şikayəti əsasında.

Tahir Kazımov vardı o zamanlar, Bakının prokuroru. Deyirdi, “əlimdən bir şey gəlmir, adam deputatdır, şikayət eləyib, sizi tutmalıyam. Eldar Həsənov da tapşırıb ki, sizi dindirim”. O vaxt türməyə düşməməyimiz möcüzə olmuşdu”.

Rauf Arifoğlu olduqca maraqlı bir əhvalatı da xatırladıb:

“Sonuncu dəfə bizi Qənimət Zahid öz evində barışdırmışdı. Orda uzun söhbətimiz oldu və mən Azər Ayxanın bir cümləsini orda onun üzünə təkrarladım ki, Allah üzümüzə baxıb, Heydər Əliyevin oğlu İlham Əliyevdir, sən Əli Kərimli yox…

Dedim, əgər sən prezident olsaydın, nəslimizi kəsərdin. Çox incidi, sarsıntı keçirdi. O da bilir, başa düşür ki, belədir, inkar etmək mənasızdır.

Xarakteri, quruluşu belədir, adam despotdur və qan arzusundadır, qan görmək istəyir. Özünü tez müdafiəyə keçdi ki, mən əslində demokratam, insansevərəm-filan.

Barışandan sonra ikinci görüşümüz restoranda baş tutdu. Mənə orda pıçıltı ilə dedi ki, məni filankəslərlə görüşdür. Dedim, “deyəsən qəzetlərdə yazılanlara inanırsan. Mənim onlarla heç bir əlaqəm yoxdur”. Necə heyrətləndiyimi, bozardığımı gördü. Onda mənə çatdı ki, mənimlə barışmaqda məqsədi həmin adamlara çıxış əldə etmək imiş. Yenidən sistemdaxili müxalifətə çevrilmək, hökumətlə anlaşmaq istəyir”.

Müsahibəsində Rauf Arifoğlu Əli Kərimlinin görüşmək istədiyi rəsmilərin adını da çəkib:

“Ramil Usubov və Ramiz Mehdiyevi deyirdi. O zaman bəzi qəzetlər iddia edirdilər ki, mənim onlarla sıx əlaqəm var. Mən də dedim ki, qəzetlərdə yazılanlar yalandır. Özü də gördü ki, çox pis oldum. Tez söhbəti fırlatdı və dedi ki, sən məni düz başa düşmədin. Məni onlarla görüşdür, onları öz tərəfimizə çəkim. Məndə bir sıra arqumentlər var, onları sadalasam, razılaşacaqlar…

Söylədikləri gerçək düşüncəsi deyildi…”


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/291482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR