Azərbaycanda yeni konstitusiyaya ehtiyac var - Deputatdan TƏKLİF

Azərbaycanda yeni konstitusiyaya ehtiyac var - Deputatdan TƏKLİF
13:13 30 Sentyabr 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini qazanandan sonra çətinliklərə baxmayaraq dövlət xadimi Heydər Əliyevin liderliyi ilə xaos və qarşıdurmadan xilas olaraq yeni inkişaf mərhələsinə daxil oldu”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisidə payız sessiyasının qanunvericilik işləri planına təkliflərini dilə gətirən BXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.

O, əlavə edib ki, bu illər ərzində tənqidlərə baxmayaraq ölkə böyük inkişaf yolu keçib: “Amma böyük problemlərimiz də qalmaqdadır. Azərbaycan torpaqları işğal altındadır”.

Mövcud konstitusiyanı keçid dövrünün konstitusiyası kimi təqdim edən Q.Həsənquliyev təklif edib ki, yeni konstitusiya qəbul edilsin: “Əlbəttə, bunun üçün hakim partiyanın mövqeyi və razılıq vacibdir. Siyasi islahatları, çoxpartiyalı sistemin inkişafı üçün yeni konstitusiyaya ehtiyac var. Proporsional seçki sisteminin bərpası və s. Hesab edirəm ki, bu haqda ciddi düşünmək lazımdır”.

Azərbaycan ərazilərinin işğal edildiyi, bu ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparıldığını xatırladan Q.Həsənquliyev təklif edib ki, işğal edilən torpaqlarla bağlı qanun layihəsi hazırlansın: “Bu barədə indiyə qədər də təkliflər səsləndirilib. Gürcüstan, UkraynaMoldovada işğal edilən torpaqlarla bağlı qanun qəbul edilib. Bizdə buna uyğun qanun qəbul etməliyik. Bizim işğal altında olan torpaqlarımızda qanunsuz investisiya yatıranlar, məskunlaşanlarla bağlı cinayət işi açılmalıdır. Bunun üçün ayrıca qanunun qəbuluna ehtiyac var”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/291702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR