"Düdelanj"ın futbolçusu: "Qarabağ" APOEL-dən daha güclüdür"

"Düdelanj"ın futbolçusu: "Qarabağ" APOEL-dən daha güclüdür"
13:17 3 Oktyabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

"Kiprdəki qələbə bizim üçün xeyirli idi. Amma bu, bizi qrupda favorit halına gətirmir. Nəzəri cəhətdən daha zəif komandayıq".
"Report" wort.lu saytına istinadən xəbər verir ki, bunu Lüksemburq "Düdelanj"ının futbolçusu Rikardo Delqado Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la keçirəcəkləri oyundan öncə deyib.
25 yaşlı müdafiəçi rəqiblərini təəccübləndirə biləcəklərini vurğulayıb: "Baş məşqçimiz Bertran Krasson bizə dedi ki, oyunlardan zövq alın. "Qarabağ"la matç çətin olacaq. Onlar APOEL-dən fərqli komandadır. Düşünürəm ki, daha güclüdürlər. Hamımız "Sevilya"nın qrupda favorit olduğunu anlayırıq. Amma işlərimiz yaxşı getsə, mümkün qədər xal qazanmaq üçün mübarizə apara bilərik. Komandamızın potensialına inanıram. 90 dəqiqənin sonunda hamımızın şənlik təşkil edəcəyimizə ümid edirəm".
Qeyd edək ki, bu gün Lüksemburqdakı "Jozi Bartel" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Rikardo Delqado zədə səbəbindən matçı buraxmalı olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/rikardo-delqado-qarabag-apoel-den-daha-gucludur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR