Messi mövsümdə ilk qolunu vurub

Messi mövsümdə ilk qolunu vurub
04:17 7 Oktyabr 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

"Barselona" futbol komandasının argentinalı hücumçusu Lionel Messi İspaniya La Liqasının "Sevilya" ilə səkkizinci tur matçında qol vurub.
"Report" xəbər verir ki, bu qol cari mövsümdə argentinalı futbolçu üçün birinci olub.
Bu qola qədər o Milanın "İnter"inə qarşı matçda məhsuldar ötürmə ilə yadda qalıb.
Kataloniyanın paytaxtında keçirilən səkkizinci turun qarşılaşması "Kamp Nou" stadionu sahiblərinin xeyrinə 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Messidən başqa, Luis Suares, Arturo VidalOsman Dembele fərqləniblər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/messi-movsumde-ilk-qolunu-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR