"Report" xəbər ki, bunu Milli Məcilisin deputatı Fəzail Ağamalı “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən "dəyirmi masa"da deyib.
"Bununla iradəmizi orataya qoyub, Prezidentin yanında olduğumuzu göstərməliyik", - feputat bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sayı ermənilərdən qat-qat çox olan etnik qruplar var, onlar əsrlər boyu azərbaycanlılarla eyni sırada, eyni mövqedə bu dövlət üçün canlarından, qanlarından keçiblər: "Əgər bu etnik qruplar azərbaycanlılarla bərabər, heç bir problem olmadan yaşayırlarsa, ermənilər də Azərbaycan qanunlarını, ərazi bütövlüyünü qəbul edərək Azərbayxan xalqı ilə bərabər yaşayıb dövlətçiliyə xidmət edə bilərlər".