“Qarabağ”ın rəqibi “Sevilya” yenidən qələbə qazanıb

“Qarabağ”ın rəqibi  “Sevilya” yenidən qələbə qazanıb
06:32 21 Oktyabr 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sevilya" komandası İspaniya La Liqasının IX turunda "Levante" üzərində qələbəyə nail olub.
"Report"un məlumatına görə, "Ramon Sançes Pisxuan" stadionundakı matçda yeganə qolu 86-cı dəqiqədə Lük de Yonq vurub.
Bununla da "Sevilya" 14 xalla 6-cı pilləyə qalxıb. 
Növbəti turda rəqib "Xetafe" olacaq. Görüş oktyabrın 27-də keçiriləcək.
Qeyd edək ki, "Sevilya" Avropa Liqasında III tur matçını oktyabrın 24-də səfərdə "Düdelanj"a qarşı keçirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-reqibi-sevilya-yeniden-qelebe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR