KİV: ABŞ-a məxsus sərnişin təyyarəsi təcili eniş edib

KİV: ABŞ-a məxsus sərnişin təyyarəsi təcili eniş edib
19:22 21 Oktyabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

“American Airlines”ə məxsus London – Filadelfiya uçuşunu həyata keçirən “Airbus A330” təyyarəsi salonda kimyəvi maddə sızıntısı səbəbindən Dublin beynəlxalq hava limanında təcili eniş etməli olub.
“Report” “Daily Mirror”a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Təmizləyici maddə olduğu ehtimal edilən maddənin sızıntısı salondakı bəzi sərnişinlərin halının pisləşməsinə səbəb olub.
Uçuş heyətinin iki üzvü və sərnişinlərdən biri huşunu itirib və onlar xəstəxanaya aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-abs-a-mexsus-sernisin-teyyaresi-tecili-enis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR