Qurban Qurbanov: "Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək"

Qurban Qurbanov: "Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək"
22:07 23 Oktyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

"Bizim üçün hər oyun vacibdi. Onlardan birini də sabah keçirəcəyik. Hər bir halda, hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək".
"Report xəbər verir ki, bu fikri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında söyləyib.
“Mahir Emreli və Xayme Romero komanda ilə məşqlərə başlayıb. Onların “18-lik”də olmaq ehtimalı çoxdur. Sabahkı məşqdən sonra qərar verəcəyik. Araz Abdullayev də böyük ehtimalla oyunun heyətində olacaq. İstəməzdim ki, komandaların bu oyunda şansları barəsində danışım. Faizlə demək istəməzdim. Qrupdakı digər nəticələri gördünüz. Bu oyuna görə fikir yürütmək düz deyil. Son matça qədər mübarizə gedəcək. Bütün komandaların qrupdan çıxmaq şansı var. Həm “Qarabağ”, həm də APOEL üçün çətin olacaq. İndi komandalar bir-birilərini daha yaxşı tanıyırlar”, - deyə Q.Qurbanov qeyd edib.
Klubun futbolçusu Qara Qarayev də sabahkı oyun haqda danışıb:
" "Bu oyuna yaxşı hazırlaşmışıq. Ciddi itkilərimiz yoxdu. Tam gücümüzlə hazırıq. Ən vacib olan psixoloji və fiziki cəhətdən hazır olmaqdı. Əlimizdən gələni edəcəyiki ki, azarkeş amilindən yararlanaq və yaxşı nəticə göstərək".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qurban-qurbanov-calisacagiq-ki-en-yaxsi-oyunlarimizdan-birini-kec

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR