UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib.
"Report"un məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" da bu gün növbəti matçına çıxıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL komandasını qəbul edir. Görüş saat 20:55-də başlayıb.
Qeyd edək ki, A qrupunun digər matçında İspaniya "Sevilya"sı Lüksemburq "Düdelanj"ı ilə qarşılaşır.