"Sevilya"nın hücumçusu Avropa Liqasında həftənin oyunçusu seçilib

"Sevilya"nın hücumçusu Avropa Liqasında həftənin oyunçusu seçilib
18:32 8 Noyabr 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. 
"Report"un məlumatına görə, bu ada "Qarabağ"la eyni qrupda yer alan İspaniya "Sevilya"sının futbolçusu Munir Əl-Haddadi layiq görülüb.Mərakeş əsilli ispaniyalı hücumçu IV turda Lüksemburqda "Düdelanj"ı məğlub etdikləri matçda het-trik edib.
24 yaşlı forvard azarkeşlər arasında aparılan səsvermədə ingiltərəli Markus Raşford (“Mançester Yunayted”, İngiltərə), fransalı Entso Krivelli (“Başakşehir”, Türkiyə) və ispaniyalı Esteban Qraneronu (“Espanyol”, İspaniya) qabaqlayıb
Qeyd edək ki, "Düdelanj"la oyunda "Sevilya" 5:2 hesabı ilə qalib gəlib və 1/16 final mərhələsinə vəsiqəni təmin edib. A qrupunun digər matçında "Qarabağ" Kiprdə APOEL-ə uduzub. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sevilya-nin-hucumcusu-avropa-liqasinda-heftenin-oyuncusu-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR