Qara Qarayev: “İkinci hissədə yorğunluq vardı”

Qara Qarayev: “İkinci hissədə yorğunluq vardı”
00:32 17 Noyabr 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

“Əlimizdən gələni edib xal götürmək istəyirdik. Bir xal bizim üçün yaxşı nəticə olardı. Oyuna pis başlamadıq, amma standart vəziyyətdən buraxdığımız qol bizi geri saldı”.
“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Qara Qarayev AVRO-2020-nin seçmə mərhələsində Uels yığmasına 0:2 hesablı məğlubiyyətdən sonra deyib.
27 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, Azərbaycan millisi ilk yarıda yaxşı təsir bağışlayıb: “Mübahisəli deməzdim, dəqiq penalti epizodumuz oldu, onu da referi vermədi. İlk hissədə 2 top geridə olmağımız bizim də motivasiyavımızı aşağı saldı. İlk hissədə yaxşı oynadıq, rəqibi əks-hücumda yaxaladıq. Bir neçə təhlükəli vəziyyət yaratdıq. İkinci hissə ilə bağlı deyilənlərə haqq qazandırıram. İlk yarıda penalti verilsəydi, necə olacağını demək çətindir. Motivasiya baxımından bizim üçün faydalı olacaqdı”.
Q.Qarayevin sözlərinə görə, Kardiffdə 2:1 hesabı ilə uduzduqları oyunla müqayisədə rəqibin 2 top fərqi ilə önə keçməsi onların planlarını pozub: “Əvvəlki görüşlərdə də 1 top geridə olanda daha mübariz oynayırdıq. Bəhanə gətirmək istəmirəm, ikinci hissədə yorğunluq da vardı”.
Qarayevin sözlərinə görə, videotəkrar sistemi olsaydı, nəticə də fərqli olardı: “Son 25 ildə belə qrupumuz olmayıb. Ümumilikdə, komandamız yaxşıdır. Komandamızın həmişə İspaniya millisi ilə müqayisə olunmasını istəmişəm. Sizin hansı komandanı nəzərdə tutduğunu bilmirəm.İndiki dönəm futbolçular üçün çox çətin dönəmdir. Formal xarakterli bir oyuna gedirdik. Müsbət nəticə qazanmağa çalışacağıq. Bir futbolçu kimi belə oyunlara hazırlaşmağa çətinlik çəkirik”.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qara-qarayev-i-kinci-hissede-yorgunluq-vardi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR